Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalmış şəhidimiz Şadmanov Əkrəm Yunus oğlunun 40 mərasimi keçirildi

06 noyabr 2023 | 14:15

24 saatlıq lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.

04.11.2023-cü il tarixində antiterror əməliyyatı zamanı ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmış şəhidimiz Şadmanov Əkrəm Yunus oğlunun 40 mərasimi keçirildi.

Mərasimdən öncə şəhidimizin məzarı ziyarət olunaraq ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Ziyarətdə və mərasimdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi. 19 sentyabrda başlanan və 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər