Antiterror əməliyyatları zamanı şəhid olmuş Qəfərli Amin Rasim oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edildi
22 yanvar 2024-cü il tarixində 2022-ci ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları zamanı şəhid olmuş Qəfərli Amin Rasim oğlunun doğum günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!