Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları zamanı şəhid olmuş Qəfərli Amin Rasim oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

23 yanvar 2026 | 11:11

22 yanvar 2026-cı il tarixində Antiterror əməliyyatları zamanı şəhid olmuş Qəfərli Amin Rasim oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər