Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının doğum gününə həsr olunmuş tədbir keçirildi

16 yanvar 2023 | 13:53

13 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 2016- cı il Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının doğum gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdən öncə şəhidin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri düzüldü.

Mərasimdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsinin və bələdiyyənin nümayəndələri, şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhidin əziz xatirəsini yad edərək vaıideynlərinə və yaxınlarına ehtiramlarını bildirdilər.

Daha sonra tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirildi.

Tədbirdə şəhid ailələri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, məktəbin direktoru Tural Hətəmov, müəllim və şagird kollektivi, şəhidin ali təhsil aldığı Axərbaycan Universitetinin müəllimi Tünzalə Verdiyeva və tələbə kollektivi, şəhidə həsr olunmuş “Xeyixah insan” kitabının elmi redaktoru Pedaqogika üzrə fəlsəfə elmləri doktoru Şahnaz Salamova, şəhidin döyüş yoldaşı Elnur Fərzəliyev iştirak etdilər.

Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

İlk öncə çıxış edən Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru Tural Hətəmov məktəb kollektivi adından qonaqları salamlayaraq, Aprel döyüşlərinin böyük Zəfərin başlanğıcı olduğunu vurğuladı, məktəbdə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərdən bəhs etdi.

Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 2016-cı il Aprel döyüşlərinin Vətən müharibəsində aldığımız xoş xəbərlər üçün ilk addım və Azərbaycanın döyüş uğurlarının təməli olduğunu, bu döyüşlərdə qazanılan qələbənin hər bir vətəndaşımızın hərbi vətənpərvərlik ruhunu yüksəltdiyini, dörd günlük döyüşlərdən başlanan tarixi qələbəmizin Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı mənfur düşmən işğalından azad etməsi və Şanlı Zəfərimiz ilə nəticələndiyini söylədi.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Lakin bu Zəfərin addım səslərinin eşidildiyi, xalqın rəşadətli odusuna etimadının özünə qayıtdığı Aprel döyüşlərini heç bir zaman unutmaq olmaz. Çünki bu qələbəmiz xalqımızı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, savaşa qalxdı və bununla da 30 illik həsrətimizə son qoyuldu. Aprel döyüşləri Axərbaycan ordusunun gücünü, qüdrətini, əzmini bütün dünyaya tanıdan, Xalq-Ordu-Rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının heç bir zaman işğalla barışmayacağını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəsidir.

Daha sonra çıxış edənlər -şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş “Xeyirxah İnsan” kitabını ailəyə təqdim edən kitabın elmi redaktoru Pedaqogika üzrə fəlsəfə elmləri doktoru Şahnaz Salamova, Azərbaycan Universitetinin müəllimi Tünzalə Verdiyeva, şəhidin döyüş yoldaşı Elnur Fərzəliyev, orta məktəbdə sinif rəhbəri olan Sevinc Cabbarova, məktəbin müəlliməsi Rəşidə Qasımova və şəhid Fəxrəddin Qurbanlı adına təsis olunmuş təqaüdə layiq görülmüş Azərbaycan Universitetinin tələbəsi Səfəralı Qeybullayev şəhid haqqında xatirələrini bölüşərək əziz xatirəsini ehtiramla yad etdilər.

Sonda çıxış edən şəhidin valideynləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.

Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.

Keçidlər