Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel döyüşləri”nin şəhidi Fəxrəddin Qurbanlının anım günü ilə əlaqədar məzarı ziyarət olundu

03 aprel 2025 | 11:14

02 aprel 2025-ci il tarixində “Aprel döyüşləri”nin şəhidi Fəxrəddin Qurbanlının anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Elnur Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyinin və Binəqədi bələdiyyəsinin məsul əməkdaşları və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək çıxışında qeyd etdi ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin  qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması  nəticəsində mümkün oldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi.

Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər