Şriftin ölçüsü :

Saytın rəngi :

Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin şagirdlərinin yekun hesabat konserti keçirildi

05 iyun 2025 | 15:06

03 iyun 2025-ci il tarixində Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin şagirdlərinin yekun hesabat konserti keçirildi.

Konsertdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Quliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Muradzadə, 11 nömrəli Onbirillik Musiqi məktəbinin direktor vəzifəsi səlahiyyətlərini icra edən Sona Abdullayeva, məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Məktəbin direktoru Sona xanım qonaqları salamlayaraq konsert və məktəbin şagirdlərinin musiqi sahəsində qazandıqları uğurlar haqqında ətraflı məlumat verdi.   

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında musiqi məktəblərinin mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayaraq, məktəbin pedaqoji heyətinin fədakar əməyini qeyd etdi və şagirdlərin yüksək səviyyədə hazırlıq göstərməsinin müəllimlərin peşəkarlığının göstəricisi olduğunu bildirdi.

Çıxış edən İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Muradzadə musiqi təhsilinin gənclərin inkişafında mühüm rol oynadığını qeyd edərək, şagirdlərin beynəlxalq müsabiqələrdə nailiyyətlər  arzu etdi.

Konsertdə məktəbin şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. Onlar fortepiano, tar, kamança, xanəndəlik və digər ixtisaslar üzrə öz bacarıqlarını nümayiş etdirlər.

Keçidlər