Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-cü sessiyasında iştirak etdi

27 oktyabr 2022 | 14:24

24-26 oktyabr 2022-ci il tarixlərində Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-cü sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə oldu.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov nümayəndə heyətinin üzvü qismində Konqresinin 43-cü sessiyasında iştirak etdi.

Nümayəndə heyətinin üzvü Hümbət Hüseynov Konqresin “Nifrət nitqi və saxta xəbərlər: yerli və regional seçilmiş nümayəndələrin iş şəraitinə təsiri” mövzusunda keçirilən debatlarda aktiv iştirak etdi. Debatda çıxış edən Hümbət Hüseynov mənfi tendensiyaların həyatın bütün sahələrinə təsir etdiyini, yerli və regional səviyyədə etimadı və legitimliyi artırmaqla bu cür neqativ təcrübələrlə mübarizənin aparılmasının lazım olduğunu, bu səbəbdən də, yanaşmaların inteqrasiya olunmasının, layihələrin həyata keçirilməsinin təcrübə mübadiləsinin neqativlərin yayılmasına qarşı mübarizədə həm nümayəndələrə həmçinin, vətəndaşlara müsbət tərəfə doğru yaxşılaşdırılmasında kömək olacağını qeyd etdi.

Hümbət Hüseynov sözügedən Konqresinin 43-cü sessiyasında həmçinin, “İnsan hüquqları və ətraf mühit” mövzusunda keçirilən debatlarda da aktiv iştirak etmişdir.

Hümbət Hüseynov çıxışında təhlükəsiz və sağlam mühitin insan hüquqlarının həyata keçirilməsi üçün zəruri şərt olduğunu, dövlətlərin öz vətəndaşlarının hüquqlarına hörmət etmək, onları qorumaq və yerinə yetirmək üçün təhlükəsiz, təmiz, sağlam və davamlı mühit təmin etmələrinin vacib olduğunu vurğuladı. Hümbət Hüseynov ölkəmizdə təbiətə vurulan böyük zərərdən söz açaraq, məlum Erməni işğalçılıq siyasəti nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının ekologiyasına da böyük ziyanın vurulduğunu, meşələrlə örtülmüş 50-60 min hektar ərazinin tamamilə məhv edildiyini, xüsusilə, meşələrin kütləvi qırılması prosesinin Laçın, Zəngilan və Qubadlı rayonlarında baş verdiyini qeyd etdi. Bildirdi ki, Avropada ikinci ən böyük çinar meşəsi olan Zəngilan rayonunda yerləşən Besitçay təbiət qoruğunun və Zəngilan ərazisindən axan Oxçuçay çayının əhəmiyyətli hissəsi işğal zamanı erməni işğalçıları tərəfindən dağıdılmış və bu faktlar işğal zamanı götürülmüş nümunələrlə sübuta yetirilmişdir. H.Hüseynov çıxışının sonunda ekologiyanın hamımız üçün ən vacib sahə olduğunu qeyd edərək, ölkəmizdə aparılan genişmiqyaslı abadlıq işlərinin, Qarabağda yaşıllıqların salınmasının bir çox ekoloji problemlərin həllinə kömək olacağını vurğuladı.

Keçidlər