Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Akademik Filarmoniyasında M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Dünya şöhrətli mügənni və bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş "Ey əziz anam, Azərbaycan!" adlı konserti keçirilib.

15 iyun 2022 | 15:19

Azərbaycan Dövlət Akademik Filarmoniyasında M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Dünya şöhrətli mügənni və bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş "Ey əziz anam, Azərbaycan!" adlı konserti keçirilib. Konsertdə məktəbin beynəlxalq və respublika müsabiqələr laureatı olmuş şagirdləri və müəllim heyəti unudulmaz sənətkar Müslüm Maqomayevin repertuarından olan əsərləri səsləndirib.

Konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Musiqi təhsili və incəsənət sektorunun mudiri Bətulə Məmmədəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə, musiqi və incəsənət məktəblərinin direktorları, incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə, eyni zamanda, Müslüm Maqomayevin həyatından bəhs edən videoçarx və foto-stendlər nümayiş etdirilib.

Keçidlər