Azərbaycan Dövlət Akademik Filarmoniyasında M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi
Azərbaycan Dövlət Akademik Filarmoniyasında M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları ilə başlayan tədbirdə dahi şəxsiyyətin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verildi.
Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, Musiqi sektorunun müdiri Vüqar Hümbətov,Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar artist Aygün Bəylər, musiqi və incəsənət məktəblərinin direktorları iştirak etdilər.
Sonra məktəbin birləşmiş xorunun, Beynəlxalq və Respublika müsabiqələr laureatı olmuş şagirdlərinin ifasında Azərbaycan xalq mahnısı "Laçın", "Sarı gəlin", bəstəkar R.Hacıyevin, S.Rüstəmovun, V.Adıgözəlovun, C.Cahangirovun, A.Əlizadənin, H.Rzayevin, həmçinin xarici ölkə bəstəkarları A.Vivaldinin, İ.S.Baxın, F.Mendelsonun, F.Kreyslerin, K.Qardelin, S.Espositonun və K.Sen-Sansın əsərləri uğurla səsləndi.
Sonda M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva çıxış edərək Ulu Öndərin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açdı və bu ənənəni davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini bir daha vurğuladı.
Konsertdə şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edirdi.