Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şeirin Bəxtiyar Nidası” adlı tədbir keçirildi

26 noyabr 2025 | 18:51

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 314-li tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şeirin Bəxtiyar Nidası” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, “Azərbaycan Uşaqları” İctimai Birliyinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdilər.

Qonaqlar əvvəlcə şagirdlərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

314 № li tam orta məktəbin direktoru Səfa Xəlilov tədbirdə iştirak edən qonaqları salamlayaraq, xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatındakı mənəvi irsinin əhəmiyyətinindən söhbət açdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyərək  qeyd etdi ki, böyük söz ustası Bəxtiyar Vahabzadə illərlə formalaşmış yüksək milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması naminə gözəl əsərlər yaradıb. O, çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Sevinc Süleymanova çıxışında akademik Bəxtiyar Vahabzadənin eyni zamanda, bir alim kimi  Azərbaycan elmi qarşısındakı xidmətlərini, əsərlərinin daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğuladı.

Tədbirdə şagirdlər tərəfindən şairin yaradıcılığına həsr olunmuş şeirlər, səhnəciklər və bədii kompozisiyalar təqdim olundu. 6 nömrəli Uşaq–Gənclər Inkişaf Mərkəzinin şagirdləri Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi nümunələrini ifa etdilər.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər