Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirildi

17 oktyabr 2023 | 14:31

Oktyabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev, professor müəllim heyəti və tələbələr iştirak etdilər.

Tədbirdə ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Giriş sözü ilə tədbiri açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Fərhad Möhbalıyev mövzu ilə bağlı qısa fikirlərini bölüşdü.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov Binəqədi rayonu ərazisində dini radikalizm və ekstremizmə qarşı görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verdi.

Daha sonra Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dini radikalizm və ekstremizmin mahiyyəti, törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açdı, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırdı.

Diskussiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər