Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan İnformasiya Agentliyi"nin əməkdaşları Bakının Binəqədi rayonunda vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək məqsədilə keçirdikləri rəy sorğusunun nəticələrini təqdim etdilər

04 iyun 2024 | 19:05

"Azərbaycan İnformasiya Agentliyi"nin əməkdaşları Bakının Binəqədi rayonunda vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək məqsədilə rayonun “Azadlıq prospekti” metro stansiyası və 7-ci mikrorayon ərazilərində keçirdikləri rəy sorğusunun nəticələrini təqdim etdilər.

Dövlət başçısı İlham Əliyevin: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”-tezisinin əyani-əməli ifadəsi olaraq, onun yürütdüyü siyasət vətəndaş məmnunluğunun artması ilə müşayiət olunur. Ölkə rəhbərinin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir.

aia.az saytının əməkdaşları tərəfindən Binəqədi rayonunda müxtəlif yaş təbəqələrindən olan sakinlər arasında aparılmış sorğuya əsasən, Binəqədi rayonunda sosial-iqtisadi sahədə davamlı həyata keçirilən islahatların, idarəetmədə əsas göstəricilərdən olan məmur-vətəndaş münasibətlərinin qiymətləndirilməsi aparılmışdır. Belə ki, sakinlər sorğu zamanı rayonda aparılan abadlıq-quruculuq və təmizlik (məişət tullantılarının vaxtında daşınmasının təmin edilməsi) işlərinin həyata keçirilməsi, yaşıllıq zolaqlarının artırılması, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilməsi, məhəllədaxili ərazilərdə uşaqlar və gənclər üçün əyləncə zonalarının yaradılması, yaşlı sakinlərin istirahəti üçün şərait yaradılması, Rayon İcra Hakimiyyətinin başçısının aidiyyəti hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirdiyi qəbullar, səyyar görüşlər zamanı sakinlər tərəfindən qaldırılan və onları narahat edən problemlərin həlli istiqamətində məsələlərin nəzarətə götürülməsi, xüsusən də, rayonda yaşayan müharibə iştirakçıları və şəhid ailələrinə daim diqqət və qayğının göstəriməsi ilə bağlı məmnunluqlarını bildirmişlər.

  • Rəsmiyyə xanım (67 yaş, iki nəvəsini gəzməyə çıxarıb): Məmnuniyyət deyəndə ki, ay oğul, insan əslində heç zaman məmnun olmur. Məncə heç olmamalıdır da. Çünki tam məmnunluq olsa inkişaf getməz. Həmişə daha yaxşısına nail olmağa çalışmaq lazımdır. Baxın, ətrafınızda nə görürsüz? Abadlıq, yaşıllıq, gözəllik... Amma demək olar ki, burda hər gün iş gedir. İstəyirlər daha yaxşı etsinlər. Elə də olmalıdır. Prezidentimiz də dövlət işlərinə təyin etdiyi insanlardan bunu tələb edir. Dövlət öz vətəndaşı üçün çalışır, vətəndaş da öz dövləti üçün.

    - Cəvahir xanım (56 yaş, alış-verişə çıxıb): Əgər səhv etmirəmsə, bizim rayon Bakıda müharibə zamanı ən çox şəhid verən rayonlardan biridir. Allah bütün şəhid balalarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin. Bizim qonşuluqda da bir şəhid ailəsi yaşayır. Əlbəttə, övlad itkisini heç nə əvəz edə bilməz. Amma yenə də... Ən azından şəhidin ailəsi dövlətdən daim diqqət və qayğı görürsə, hansısa problemləri yarananda tez həll olunursa, ehtiyacları ödənilirsə, əlbəttə ki, bu da böyük təsəllidir. Sağ olsunlar, tez-tez icradan (rayon icra hakimiyyətindən – red.) gəlib ailəni başa çıxırlar, şəhidin ad günlərində məzarı ziyarət olunur, xatirəsi anılır. Yəni bu barədə çox diqqət göstərirlər. Hər halda mənim gördüyüm budur. Elə qonşularla da bu barədə söhbət düşəndə, hamı deyir ki, rayonumuzda elə bir şahid ailəsi yoxdur ki, Elxan müəllim onların evlərində olmasın.

    - Fəzail müəllim (71 yaş, təqaüddə olan tarix müəllimi, yaşadığı binanın həyətində istirahət edir): Mənim öz yaxın qohumlarından da iki nəfər Qarabağ qazisidir. Düzdür, bizim ərazidə yaşamırlar, amma ikisi də Bənəqədi rayonundadırlar. Biri kənd Binəqədidə, biri də 9-cu mikrorayonda. Hər ikisinə də dövlətimiz tərəfindən yetərincə qayğı göstərilir. İcra başçısının aparıtından da tez-tez gedib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir problemləri həll olunmamış qalmayıb.

    - Sevil xanım (27 yaş, övladını hava almağa çıxarıb): Bizim bu məhəllədaxili yaşıllıq zonaları elə park kimidir. Sağ olsunlar, gözəl, rahat skamyalar quraşdırılıb, söhbətgahlar, uşaqlar üçün oyun zonaları yaradılıb. Yaşıllıqlara da ki, özünüz görürsüz necə qulluq edilir. Yəni burda nəyi isə şişirtməyin, ya da əksiltməyin yeri yoxdur. Yollarımızın da vəziyyəti göz önündədir. Hamar, rahat asfalt dğşənib, sakinlərin avtomobillərini saxlamaları üçün yerlər nəzərdə tutulub, səkilər də kifayət qədər geniş və rahat.

    - Abbas müəllim (32 yaş, məzuniyyətdədir, alış-verişə çıxıb): Mən anadan olandan bu ərazidə yaşayıram. Atat evimiz 8-in (8-ci mikrorayonun – red.) girəcəyindədir. Bu binaya isə üç il olar köçmüşəm, ailə həyatı qurandan sonra. Valideynlərimin yanında hələ bir bacım, bir qardaşım da var. Çox gözəl məhəllələrdir bizim buralar. Həm yaşıllıq boldur, həm yollarımız əladır. Həyətlər, küçələr hər gün süpürülür, təmizlənir, ağaclar sulanır... Maşallah, nə deyim?

    - Bikə xanım (61 yaş, istirahət edir): Bütün bu işlərin əsası budur ki, rəhbər işçi gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini öyrənsin. Bizdə bunu edirlər. Başçı (Rayon İcra Hakimiyyətinin başçısı – red.) özü tez-tez qəbullar, səyyar görüşlər keçirir, polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Bilirsiz necədi, rəhbərlik səviyyəsində hansısa bir məsələ nəzarətə götürüləndə, onun həlli də həm tezləşir, həm də asanlaşır...

Ətraflı: https://aia.az/89602-sosialoji-sorgu-bineqedide.html

Keçidlər