Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Konservatoriyasında böyük Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illik yubileyi və adını daşıdığı 6 nömrəli Onbirilik İncəsənət Məktəbinin təsis olmasının 60 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi

18 noyabr 2022 | 16:39

18 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında böyük Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illik yubileyi və adını daşıdığı 6 nömrəli Onbirilik İncəsənət Məktəbinin təsis olmasının 60 illik  yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi. Kitab məktəbin direktoru professor Adilə Yusifovanın rəhbərliyi ilə məktəbin nəzəriyyə şöbəsinin müəllimləri K.İsgəndərova, A.Manafova, R.Adıgözəlova tərəfindən tərtib edilib.

Tədbirin əvvəlində məktəbin nəzəriyyə şöbəsinin müəllimi A.Manafova yeni nəşr olunmuş kitab haqqında məlumat verdikdən sonra, məktəbin tarixi yolunu şərh edən video-slayd nümayiş edildi. Məktəbdə müxtəlif illərdə keçirilən əhəmiyyətli tədbirlər dinləyicilərin nəzərinə çatdırıldı.

Daha sonra məktəbin məzunları, hazırda isə müəllimləri kimi fəaliyyət göstərən kollektiv “ənənələr nəsillərdən nəsillərə ötürülür” şüarı ilə səhnədə maraqlı proqramla çıxış etdilər. Daha sonra səhnədə məktəbin istedadlı şagirdlərdən ibarət komanda yer alaraq böyük bəstəkarın əsərlərindən ibarət musiqi çələngi təqdim etdilər.

Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, böyük bəstəkar F.Əmirovun qızı Sevil Əmirova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süüleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Milli  Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədri Adil Atakişiyev, Azərbaycan musiqisi mədəniyyətin tanınmış simaları, Bakı şəhər musiqi, incəsənət  məktəblərinin  direktorları və məktəbin qocaman məzunları iştirak etdilər.

Keçidlər