Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2024-cü il tarixlli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Binəqədi rayon ərazisində silsilə tədbirlər həyata keçirilir
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən verilmiş tapşırıqların icrası Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür. Bununla əlaqədar olaraq, rayon ərazisində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2024-cü il tarixlli 32 nömrəli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur.
Tədbirlər Planı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti xidmət təkilatları cəlb olunmaqla, həmçinin, rayon ərazisində fəaliyyət göstərən sahibkarların iştirakı ilə abadlıq-quruculuq işlərinin aparılması, yeni yaşıllıq sahələrinin salınması, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilməsi və s. istiqamətlərdə rayonun müxtəlif ərazilərində silsilə tədbirlər həyata keçirilir.
Belə ki, cari ilin mart-aprel ayları ərzində rayonun Süleyman Sani Axundov küçəsi 8, İbrahimpaşa Dadaşov küçəsi 71, Şövkət Məmmədova küçəsi 15 ünvanlarında yerləşən məhəllələrdə abadlaşdırma və yenidənqurma işləri çərçivəsində yer örtükləri 1560 m² tamet daşlarla yenilənmiş; 12 işıq dirəyi, 16 oturacaq, 6 söhbətgah, 3 əyləncə və 10 idman qurğusu quraşdırılmış; 340 metr səki daşı düzülmüşdür; 200-dək şam ağacı əkilmiş, mövcud ağaclar budanılmış və yeni yaşıllıq guşələri salınmışdır.