Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, “Azadlıq” metrostansiyasının üzərində yerləşən parkda bir sıra tədbirlər həyata keçirildi

30 aprel 2024 | 14:11

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2024-cü il tarixlli 32 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının icrası istiqamətində işlər davam etdirilir.

Bununla əlaqədar olaraq, Binəqədi RİH-in təşəbbüsü ilə “Azadlıq” metrostansiyasının üzərində yerləşən parkda əsaslı təmir işləri aparılmış, həmçinin, Azadlıq prospekti boyu abadlıq və təmir işləri həyata keçirildi. Sözügedən ərazidə yeni yaşıllıq sahələri salınmış, gül kolları, çəmən otları əkilmişdir. Mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi nəzarətdə saxlanılır. Bu istiqamətdə işlər hal-hazırda davam etdirilir.

Eyni zamanda, aparılan abadlıq, yenidənqurma işləri çərçivəsində rayonun Azadlıq prospekti və S.S.Axundov küçəsinin kəsişməsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsi inşa olunmuş və 24 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak etdilər.

Keçidlər