“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müdavimlərin təltif olunması
16 oktyabr 2025-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərin təltif olunmaları münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Simnar Mamedov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq şöbəsinin müdiri Kamran Ağamalıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsul əməkdaşı Səbinə Zeynalova, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev iştirak etdilər.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 19 nəfərə (Logistika operatoru ixtisası üzrə 10 nəfər, Proqramla idarə olunan dəzgahların operatoru ixtisası üzrə 9 nəfər), “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində isə 102 nəfərə (Avtomobil diaqnostikası və təmiri ustası ixtisası üzrə 37 nəfərə, ORACLE database SQL ixtisası üzrə 15 nəfərə, Kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisası üzrə 30 nəfərə, UI/UX dizayner ixtisası üzrə 20 nəfərə), ümumilikdə 121 nəfərə dövlət nümunəli sertifikatlar təqdim olundu.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bu günədək 50 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, 210 nəfər isə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təlimlərə cəlb edilib.
2024-cü il ərzində 215 nəfər, 2025-ci ildə 859 nəfər, ümumilikdə 1074 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli təlimlərə cəlb olunub. Təlimlər 42 ixtisas üzrə 12 peşə təhsil müəssisəsində həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində isə 2025-ci ildə 1015 nəfər qısamüddətli təlimlərə cəlb edilib.









