Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hüquqi dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.

26 may 2022 | 14:33
26.05.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hüquqi dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.
Görüş zamanı çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Sülymanova tədbir iştirakçılarını salamlayaraq, əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə məlumat verdi. Sevinc Süleymanova daha sonra Azərbaycan dövlətinin hər bir vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı olduğunu və vətəndaşlar üçün keçirilən bu ödənişsiz hüquqi yardım aksiyasının vətəndaşların müraciətlərinin vaxtında və tez bir zamanda həll edilməsi üçün böyük bir səy olduğunu vurğuladı.
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Azay Quliyev, Kəmaləddin Qafarov və Səbinə Xasayeva, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasının həyatın bütün sahələrində böyük uğurların əldə olunmasını təmin etməsindən, görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə gedən dinamik inkişafdan, vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən və keçirilən humanitar yardım aksiyasının vətəndaşlar üçün əhəmiyyətindən söhbət açdılar.
Daha sonra Vəkillər Kollegiyasının vəkilləri tədbir iştirakçılarına artıq bir neçə ildir mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları haqqında məlumat verərək, vətəndaşların hər birini fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildilər. Aksiya zamanı ümumilikdə 20 nəfərə hüquqi yardım göstərilmişdir. Müraciətlərin böyük hissəsi mülki, torpaq qanunvericiliyi, miqrasiya, təhsil sahəsi, sosial yardım ilə bağlı olmuşdur.
Keçidlər