Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun başçılıq etdiyi nümayəndə heyəti Binəqədi rayonunda rumın bəstəkarı Corce Eneskunun abidəsini ziyarət etdi

28 fevral 2023 | 09:32

28 fevral 2023-cü il tarixində Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun başçılıq etdiyi nümayəndə heyəti Binəqədi rayonunda rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda dahi bəstəkarın abidəsini ziyarət etdi.

Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə əklil qoyularaq çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.

Qonaqları salamlamaqdan məmnunluğunu bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında olan dostluq münasibətlərindən,  ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından,  xalqlarımızın  bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınan park yenidən qurularaq sakinlərin asudə vaxtlarının təşkili üçün istifadəyə verilib. Hər il dahi bəstəkarın adını daşıdığı parkda Rumıniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəliyinin və rayon ictimaiyyətinin iştirakı ilə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir həyata keçirilir və bu dostluq əlaqələri gələcəkdə də  uğurla davam etdiriləcəkdir.  

Deputatlar Palatasının sədri cənab İon-Marçel Çolaku ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açdı və ölkələr arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Keçidlər