Şriftin ölçüsü :

Saytın rəngi :

Babayev Hacıbaba Adil oğlu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2024-cü il tarixli 59 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir

08 aprel 2024 | 17:58

Babayev Hacıbaba Adil oğlu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2024-cü il tarixli 59 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir.

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-1993-cü illərdə orta məktəbə getmişdir. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2022-ci il tarixli 157 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmiş və dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsinə yiyələnmişdir.

Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var!

Hacıbaba Babayevi yeni təyinat münasibəti ilə RİH-in kollektivi adından təbrik edirik, xidməti fəaliyyətində uğurlar arzulayırıq!

Keçidlər