Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri qəsəbələrində və digər ərazilərində agacların ziyanvericilərə qarşı dərmanlanması həyata kecirilir.
Binəqədi rayonunda aidiyyəti xidmət təşkilatları, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndəliklərinin, aidiyyəti bələdiyyələrin nümayəndələri tərəfindən gündəlik həyata keçirilən monitorinqlər nəticəsində aşkarlanmış çatışmazlıqların həlli məqsədi ilə abadlıq və təmizlik işləri çərçivəsində, sosial, nəqliyyat, təhsil, səhiyyə və s. sahələrdə mütəmadi tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində görülən tədbirlər çərçivəsində rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkın ərazisində növbəti dəfə agacların ziyanvericilərə qarşı dərmanlanması həyata kecirildi.
Bununla yanaşı, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində F.Hümbətov və Aboyev adına parkların ərazisində, Ə.Rəcəbli küçəsində, "Dərnəgül" metrosunun ətrafında, S.Bəhlulzadə küçəsində, Binəqədi şosesində, 6-cı mikrorayon M.Kazımovski küçəsində, Biləcəri qəsəbəsi X.Natavan, A.Zeynallı və Y.Hüseynov küçələrində bu istiqamətdə tədbirlər həyata kecirildi.