Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar cəlb olunmaqla davamlı iməcliklər təşkil olunur.

02 aprel 2022 | 14:50

Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən özəl müəssisələr və iaşə obyektləri, həmçinin, Mənzil-kommunal təsərrüfat birliyinin bütün qüvvəsi intensiv və təxirəsalınmaz təmizlik işlərinə cəlb olunmuşdur.

Abadlıq-təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilir. Bundan əlavə, iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanaraq gövdəsi ağardılır, əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir.

Eyni zamanda, rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir. Bununla yanaşı, dezinfeksiya işləri aparılır.

Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Keçidlər