Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Muğam mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirildi

16 aprel 2023 | 15:43

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə 16 aprel 2023-cü il tarixində Beynəlxalq Muğam mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirildi.

Konsertdən öncə ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Muğam Mərkəzinin foyesində portret, peyzaj, natürmort və s. bu kimi müxtəlif rəsm əsərləri tamaşaçılar üçün sərgiləndi.

Konsert proqramında ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblının müşaiyətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri səsləndi.

Tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edildi.

Kollecin Qazi müəllimi, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın Sərəncamıyla Suqovuşan, Kəlbəcərin azad olunmasına görə medallar ilə təltif olunmuş Fərid Atazadənin ifasında Səid Rüstəmovun "Hardasan" əsəri səsləndirildi və eyni zamanda vizual görüntü vasitəsilə ADMİU nəzdində Humanitar Kollecdə təhsil almış 6 Şəhidin xatirə şəkilləri nümayiş etdirildi.

Konsertin davamında Nərgiz Cabbarova "Ürəklərə bağlıyam" (söz: R.Z.Xəndan, musiqi: R.Mustafayev), Zaur Əzimli "Alagöz" (söz: Z.Cabbarzadə, musiqi: S.Rüstəmov), Xədicə İsmixanova “Bəxtiyaram mən” (söz: Bəxtiyar Vəhabzada, musiqi: Əlibaba Məmmədov), Amin Bayramov "Sway" (söz: N.Gimbel, musiqi: P.B. Ruiz), Xəyal Əliyev, Lalə Qafarova və tələbələri "Bizim Cəbiş müəllim" kinofilmindən "Vals" (musiqi: E.Sabitoğlu), Yaqut Xəlilzadə "Buludlar" (söz:İslam Səfərli,musiqi: Cahangir Cahangirov), İsmayıl Hüseynov, Nərgiz Cabbarova və Rübabə Əkbərova "Mehriban İnsanlar" (söz: Rüfət Zəbioğlu, musiqi: Oqtay Zülfüqarov), Rafael İslamov və Xəyal Əliyev "Fuga Misterio" (musiqi: A.Piazzolla), Rübabə Əkbərova "Sevərsən mi?" (söz: Baba Vəziroğlu, musiqi: Oqtay Rəcəbov), Zaur Əzimli və Nərgiz Cabbarova "Şeyda Bülbülumsən" (söz: Zeynal Cabbarzadə, musiqi: Emin Sabitoğlu), Xatirə Kərimova, Xavər Hüseynova, Sənan Mustafayev​ və tələbələri - Qara Qafiyə, Şəşəngi, Əməkdar artist Qoçaq Əskərov, İsmayıl Hüseynov, Zaur Əzimli "Gəl bizim dağlara" (söz: Həmid Abbas, musiqi: Arif Məlikov), Yaqut Xəlilzadə və kollecin tələbələri "Azərbaycanım" ​(söz: Malik Fərrux, musiqi: Mikayıl Vəkilov)​ əsərlərini səsləndirdilər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və universitetin professor müəllim heyəti, ADMİU nəzdində Humanitar Kollecin direktoru dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Asif Rüstəmli, Azərbaycan Respublikasının Xalq Artistləri Vamiq Məmmədəliyev, Teyyub Aslanov, Səkinə İsmayılova, eləcə də və başqa tanınmış ziyalılar iştirak etdilər.

Bir birindən gözəl musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılandı.

 

https://kollec.admiu.edu.az

Keçidlər