Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində küçə işıqlandırılması sahəsində mövcud problemlərin həlli ilə bağlı tədbirlər həyata keçirildi

24 avqust 2022 | 20:01

Binəqədi RİH başçısı tərəfindən keçirilmiş səyyar görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan problemlərin, eyni zamanda, rayonun müxtəlif əraziləri üzrə aidiyyəti xidmət təşkilatları, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndəliklərinin, aidiyyəti bələdiyyələrin nümayəndələri tərəfindən gündəlik həyata keçirilən monitorinqlər nəticəsində aşkarlanmış çatışmazlıqların həlli məqsədi ilə abadlıq və təmizlik işləri çərçivəsində, sosial, nəqliyyat, təhsil, səhiyyə və s. sahələrdə mütəmadi tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Biləcəri qəsəbəsində parklarda axşam saatlarında parkın işıqlandırılması vəziyyəti ilə baglı monitorinq aparılmiş, aşkar olunmuş çatışmazlıqlarla bağlı görülmüş işlər nəticəsində Milli Qəhrəmanları parkında və “Güllə yağışı” adlanan abidə parkında butun işıq dirəklərinin lampaları saz vəziyyətə gətirildi.

Keçidlər