Biləcəri qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirildi
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq 23 oktyabr 2024-cü il tarixində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi.
Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini və Aparatın əməkdaşları, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri, Mənzil-Kommunal Təsərrüfat Birliyinin bələdiyyələrin, kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Aksiya çərçivəsində Biləcəri qəsəbəsi ərazisində 1500-dən çox həmişəyaşıl ağaclar əkildi. Əkilən ağaclar suvarıldı, onlara ilkin aqrotexniki qulluq göstərildi.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində cari mövsüm ərzində Binəqədi rayon ərazisində yaşıllıqların artırılması, onlara qulluq və abadlıq məqsədilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.