Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Şuşa ili”nə həsr olunmuş “Uşaqlara məhəbbətlə” adlı bayram tədbiri keçirilmişdir.

01 iyun 2022 | 19:34
1 iyun 2022-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Şuşa ili”nə həsr olunmuş “Uşaqlara məhəbbətlə” adlı bayram tədbiri keçirilmişdir.
 
Məktəbin həyətində təşkil olunmuş bayram konsertində məktəbin musiqi və xoreoqrafiya şöbəsinin şagirdlərinin həm solo həm də ansambl nömrələri təqdim edildi. Həmçinin tədbirdə rəssamlıq şöbəsinin şagirdlərinin əl işləri də sərgiləndi. Konsert tədbirində xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında xalq mahnı və rəqsləri - “Şuşanın dağları”, “Qazağı“, Q.Qarayevin “Yeddi gözəl“ baletindən vals, kiçik və böyük xorun ifasında “A pappy world” və O.Rəcəbovun “Azərbaycan yaşayır” mahnıları səsləndi. Həmçinin nəfəs alətləri və vokal şöbəsinin şagirdlərinin ifasında musiqi nömrələri də konsert proqramına daxil edilmişdir.
 
Konsertdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşı Səbinə Zeynalova və başqa qonaqlar iştirak edirdilər. Tədbirdə çıxış edən İlqar Pənahov vurğuladı ki, ulu öndər Heydər Əliyev hər zaman uşaqlara xüsusi sevgi, diqqət və qayğı ilə yanaşmış və bu gün də bu diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.
 
Sonda qonaqlar və tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
Keçidlər