Biləcəri qəsəbəsinin 10 May küçəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
03 mart 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbənin 10 May küçəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Aksiya zamanı ərazidə ümumilikdə 200 ədəd ağac əkilərək qəsəbənin ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə verilmişdir.
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilati məsələlər sektorunun, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri Bələdiyyəsinin əməkdaşları, qəsəbə ictimaiyyəti iştirak etdilər.
Təşəbbüs qəsəbədə ekoloji balansın qorunması, şəhər mühitinin daha sağlam və estetik formalaşdırılması məqsədi daşıyır.









