“Bilik Günü” münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə humanitar aksiya çərçivəsində aztəminatlı ailələrin ibtidai sinifdə təhsil alan övladlarına məktəbli formaları hədiyyə edilmişdir.
14 sentyabr 2022 | 18:09
15 Sentyabr - “Bilik Günü”dür. Tarix boyu elmə, biliyə yiyələnmək və tədris etmək şərəfli iş hesab olunmuşdur. Xalqımız elmi, biliyi yüksək qiymətləndirərək öz övladlarının savadlanması üçün əlindən gələn səyi əsirgəməmişdir.
09-14 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə humanitar aksiya çərçivəsində aztəminatlı ailələrin ibtidai sinifdə təhsil alan övladlarına məktəbli formaları hədiyyə edilmişdir. Qeyd edək ki, humanitar aksiya ümumilikdə 50 aztəminatlı ailəni əhatə etmişdir.
“Bilik Günü” münasibətilə rayon ictimaiyyəti adından məktəblərimizin pedaqoji kollektivini və şagird heyətini təbrik edirik!