Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Şükür qızı Əsədova Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi

14 avqust 2024 | 17:25

Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Şükür qızı Əsədova rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Natəvan xanımı təbrik edərək ona məsuliyyətli işində uğurlar arzu etdi.

Natəvan Əsədova “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirərək elm və təhsilin inkişafına, respublikamızda təhsil sahəsində həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan gənclərin sağlam, vətənpərvər ruhlu böyümələri üçün göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Keçidlər