Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş konsert proqramı keçirilib.

02 iyun 2022 | 19:14
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi və "Güvən" xeyriyyə və dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş konsert proqramı keçirilib.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Elxan Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsin direktoru Günel Həsənova, "Güvən" xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhidimiz Bayramlı Elvinin bacısı iştirak edib.
 
Açılış nitqi ilə çıxış edən Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova qonaqları salamladıqdan sonra, uşaqların bayramını təbrik edib və konsert proqramı haqqında onlara məlumat verib.
 
Konsert proqramı balaca rəqqasəmizin milli rəqsi ilə başlayıb.
 
Daha sonra gitara ifaçımız uşaqların sevdiyi mahnıları səsləndirilib.
 
Konsert məşhur müğənni Ramil Nabran ilə birlikdə davam edib.
 
Proqram müddətində rəssamımız tərəfindən uşaqların üzündə maraqlı şəkillər çəkilib.
 
Sonda uşaqların hər birinə "Güvən" xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı tərəfindən hədiyyələr təqdim olunub.
Keçidlər