Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evinin inzibati binasında “Əmək Yarmarkası” təşkil olundu

31 mart 2024 | 15:22

29 mart 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evinin inzibati binasında “Əmək Yarmarkası” təşkil olundu.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etdi.

Əmək Yarmarkasında 10 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əməkhaqqı 345-1200 manat) 183 sayda yeni iş yeri vətəndaşlara təqdim olundu.

İşəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşların dəvət olunması istiqamətində təhsil müəssisələri, yerli icra orqanları, assosiasiyalar və ictimai birliklərlə iş aparılmış, həmçinin Bakı RMF tərəfindən MEİS-də qeydiyyatda olan işsiz və işaxtaran şəxslər də daxil olmaqla 152-dək vətəndaşın iştirakı təmin olundu. Cəlb edilmiş şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.      

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirildi, uyğun namizədlər növbəti mərhələyə dəvət olundu.  

Keçidlər