Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi məktəbliləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyini ziyarət etdilər

24 fevral 2024 | 14:27

22 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şagirdlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət etdilər.

Ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Leyla Quliyeva və orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər iştirak etdilər.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması üçün cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır. Eksponatlar içərisində qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır.
Ziyarətçilər muzeylə tanış olduqdan sonra erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs edən videoçarxa baxdılar.

Keçidlər