Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən, Aparatın əməkdaşları ilə “Dövlət qulluqçusu necə olmalıdır?” mövzusunda təlim keçirildi

24 may 2022 | 13:50

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə “Dövlət qulluqçusu necə olmalıdır?” mövzusunda növbəti təlim keçirildi

Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısınıın müavini, etik müvəkkil Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti şöbə müdirləri və əməkdaşları iştirak etdilər.

RİH başçısının birinci müavini Leysan Məmmədov çıxışına başlayaraq, dövlət qulluğu sistemində ölkəmizdə aparılan islahatlar çərçivəsində görülən işlər, imzalanan qanunvericilik aktları barədə məlumat verdi. L.Məmmədov dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında toxunulan məsələləri, Strategiyaya əsasən mövcud vəziyyətin təhlili barədə məlumatları təlimdə iştirak edənlərin nəzərinə çatdırdı.

RİH-də yeni fəaliyyətə başlayan RİH başçısı Aparatının əməkdaşlarına dövlət qulluğunda təmsil olunmaq qədər şərəfli yolda uğurlar arzulayan L.Məmmədov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmalarının, nizam-intizam qaydalarına ciddi riayət etmələrinin zəruriliyini bildirdi.

L.Məmmədov çıxışının davamında olkəmizdə aparılan islahatlara uyğun olaraq, RİH başçısı Aparatının əməkdaşlarına vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılmasına diqqətlə yanaşmalarını bildirdi və bu istiqamətdə öz tapşırıq və tövsiyyələrini verdi.

Daha sonra təlim iştirakçıları ilə mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparıldı.

RİH başçısının müavini, etik müvəkkil Sevinc Süleymanova “Dövlət qulluqçusu necə olmalıdır?” mövzusu ətrafında çıxış edərək, praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranışı haqda tədbir iştirakçılarına geniş məlumat verdi. S.Süleymanova eyni zamanda, RİH başçısı Aparatında çalışan əməkdaşlara tövsiyələrini verərək bildirdi ki, dövlət qulluqçusunun davranışı onun şəxsi və işgüzar keyfiyyətlərinin göstəricisi olmaqla yanaşı, həmçinin, onların təmsil etdiyi qurumun nüfuzuna təsir edir. Dövlət qulluqçusunun nümunəvi davranışları RİH-də təcrübə keçən və könüllü olaraq fəaliyyət göstərən gənclər üçün də örnək olmalıdır. S.Süleymanova nitqində RİH başçısı Aparatında sənədlərlə işin icra intizamına uyğun olaraq aparılmasını, o cümlədən, kağız daşıyıcıları ilə yanaşı tətbiq olunan elektron sənəd dövriyyəsinin də həyata keçirilməsinə ciddi riayət olunmasının daim nəzarətdə saxlanmasını tövsiyə etdi.

Keçidlər