Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü" münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi.

21 iyun 2022 | 17:33

21 iyun 2022- ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Sosial - psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev və gənclər iştirak etdilər.

Tədbirdən öncə qonaqlar məktəblilərin "26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığından, bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin hər zaman aktual xarakter daşıdığından, narkomaniya ilə mübarizə sahəsində görülən tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğundan və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər haqqında geniş məlumat verərək, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd etdi.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov çıxışında narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğunu, bəzi gənclərin narkotik asılılığı girdabına yuvarlandığını və bunun da cinayətlərin törədilməsinə səbəb oluğunu vurğulayaraq, gəncləri bu bəlanın qurbanına çevrilməməsi üçün narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılmasını və belə tədbirlərdə ictimaiyyət nümayəndələrinin və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini tövsiyə etdi.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov çıxışında bu görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğuladı. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, yaradıcılığa, idmana daha çox maraq göstərmələrini tövsiyə etdi.

Sonda Sosial-psixoloji Reabilitasiya Mərkəzinin əməkdaşı Tural Əliyev əvvəllər özünün də narkomaniya bəlasına düçar olduğunu, ailəsinin, cəmiiyətin dəstəyi və ən əsası özünün istəyi ilə bu bəladan xilas olduğunu və hal-hazırda sağlam həyata qayıtdığını, sağlam həyat tərzi keçirdiyini söyləyərək, indi mərkəzin və özünün bu bəlaya düçar olan insanların sağalmasında, reabilitasiyasında dəstək olduğunu, gənclərə aldanmamağı, narkotik aludəçisi olmamağı, sağlam həyat tərzi keçirməyi məsləhət gördü.

Tədbirin sonunda gənclərimiz tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlər, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat verməsi üçün tədbir iştirakçılarına suallar ünvanlandı.

Keçidlər