Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə "Fəxri qonaq" layihəmiz davam edir.
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə "Fəxri qonaq" layihəmiz davam edir.
Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilib.
"İdman əngəl tanımır" mövzusunda olan görüşün qonağı Azərbaycan ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7 dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Görüşdə İ.Zəkiyev ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb. Daha sonra o, iştirak etdiyi Qarabağ müharibəsindən, yaralanmağı nəticəsində idmanı yarımçıq qoymayıb davam etməsindən danışıb.
Paralimpiya idmançımız həmçinin gənclərimiz tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb.
Olduqca maraqlı keçən görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib.