Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən 14 iyun - "Ümumdünya Qan Donoru Günü" münasibətilə Qan donorluğunun təşkilatçılığında fəal iştirakına və dəstəyinə görə təltif olundu

16 iyun 2023 | 18:35

Binəqədi Rayon İcra Hakimiyyəti Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən 14 iyun - "Ümumdünya Qan Donoru Günü" münasibətilə Qan donorluğunun təşkilatçılığında fəal iştirakına və dəstəyinə görə təltif olundu.

Bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.

"TƏŞƏKKÜRNAMƏ"ni Binəqədi Rayon İcra Hakimiyyəti kollektivi adından Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev qəbul etdi.

Həmçinin, Nicat Allahverdiyev öz növbəsində rəhbərlik adından göstərilən diqqət üçün minnətdarlığını bildirdi.

Keçidlər