Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti rəqəmsallaşma sahəsində qəbul edilən yol xəritələri və dövlət proqramlarının icrası istiqamətində vətəndaşlar və yerli qurumlar arasında maarifləndirmə və təşviqat tədbirləri növbəti dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrında həyata keçirildi

15 oktyabr 2026 | 14:38

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq verilmiş tapşırıqların  icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Aparatın əməkdaşları, eyni zamanda, tabelimə qurumlarda, rayonda fəaliyyət göstərən bələsiyyə qurumlarında əməkdaşlarla idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməs, dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaş müraciətlərinə baxılması prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ilə bağlı davamlı şəkildə müzakirələr aparılır.

Rəqəmsallaşmanın dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından əhəmiyyəti qurumlarda fəaliyyət göstərən əməkdaşların diqqətinə çatdırılır.

Sənədə əsasən, Azərbaycan Respublikasının Rəqəmdal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yerli icra hakimiyyətləri üçün hazırlanmış "Yol Xəritəsi"nə uyğun olaraq, cari həftə ərzində səyyar görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyətinin, RİH başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin məsul əməkdaşlarınln iştirakı ilə sakinlər arasında təşviqat xarakterli məlumatlandırma aparıldı.

Azərbaycan vətəndaşlarına dövlət xidmətlərindən rəqəmsal və vahid mərkəzdən istifadə etməyə imkan verən rəqəmsal hökumət platforması - mygov portalının üstünlüklərindən yararlanmaq məqsədi ilə xidmətdən istifadə qaydaları vətəndaşların diqqətinə çatdırıldı.

​🔹 “mygov” tətbiqi sizə nə qazandırır?

​📄 Bütün vacib sənədlər elektron formada yanınızda:

​Şəxsiyyət vəsiqəniz, sürücülük vəsiqəniz və nəqliyyat vasitənizin texniki pasportu mobil tətbiqdə hər zaman əlinizin altındadır. 

​Avtomobil etibarnamələri və cərimələr haqqında məlumatları anında izləyə bilərsiniz. 

​👵👴 Pensiyaçılarımız üçün xüsusi güzəştlər və endirimlər:

​Tətbiqdə olan “Sosial Tərəfdaş kartı” (QR və ya barkod) vasitəsilə pensiyaçılarımız tərəfdaş şəbəkələrdə, apteklərdə və mağazalarda xüsusi endirimlərdən və güzəştlərdən yararlana bilərlər. Alış-veriş zamanı kassada telefondakı barkodu göstərmək kifayətdir! 

​🏥 Tibbi məlumatlar və arayışlar:

​Sağlamlıq haqqında tibbi arayışlar, analizlərin laboratoriya nəticələri, elektron xəstəlik vərəqələri (E-bülleten), peyvənd məlumatları və reseptlər – hamısı tətbiqin “Sağlamlıq” bölməsində yer alır. 

​Hətta övladlarınızın da tibbi analiz və peyvənd göstəricilərini rahatlıqla baxa bilərsiniz. 

​💼 Arayışlar və əmək məlumatları:

​İş yeri arayışı, məhkumluq arayışı, subaylıq/ailə tərkibi, fərdi şəxsi hesab və özünüməşğulluq proqramı haqqında rəsmi sənədləri saniyələr ərzində əldə etmək mümkündür. 

​📲 Qeydiyyatdan necə keçmək olar?

​Tətbiqdən istifadə etmək və qeydiyyatdan keçmək çox sadədir:

​Mobil tətbiqi yükləmək üçün aşağıdakı şəkillərdə yer alan QR kodu telefonunuzun kamerası ilə skan edə bilərsiniz. 

​Qeydiyyatdan keçən zaman "mygov" tətbiqinin güncəllənmiş son versiyasının yüklənmiş olmasının diqqətdə saxlanması və qeydiyyatdan sonra yekunda tələb olunan referal kodu daxil etməyiniz xahiş olunur: BNEQEDRH

Ətraflı məlumat üçün linkə keçid etməyiniz tövsiyə olunur:

https://minidda-my.sharepoint.com/:v:/r/personal/gunduz_ahmadli_idda_az/Documents/mygov%20t%C9%99qdimat%20materiallar%C4%B1/mygov%20izah.mp4?d=w92a02af73e7c43c8972f47440fee7bb7&csf=1&web=1&e=9pMZFh

​Təcrübəsi az olan sakinlərimizə tətbiqi yükləməkdə və qeydiyyatdan keçməkdə övladlarının və ya yaxınlarının köməklik göstərməsini xahiş edirik.

​Hər bir vətəndaşımızı bu rahatlıqdan yararlanmağa çağırırıq!

​Rəqəmsal imkanlardan birlikdə yararlanaq!

Keçidlər