Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti təltif edildi

06 mart 2023 | 09:45

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsi çərçivəsində "MG Consulting" MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsi çərçivəsində icra edilməkdədir. Həmçinin, Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və foto sübutu olan məlumatları qəbul emtək və müvafiq orqanlarda onların həllinə nail olmaqdır. Eyni zamanda, Onlayn İctimai Nəzarət Platforması ictimiayyət üçün narahatlıq doğuran bir sıra məsələlərə səlahiyyətli orqanların cavab tədbirini qiymətləndirmək imkanını təmin edir.                                                                                             

Bu baxımdan hər il rüblük hesabatlar çərçivəsində rüb ərzində görülən işlər müzakirə olunur. Rübün nəticələrinə əsasən fəal dövlət qurumları vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olduqlarına görə təltif olunurlar.

Binəqədi Rayon İcra Hakimiyyəti də bu missiya çərçivəsində bir neçə dəfə təltif edilmişdir.

Keçidlər