Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi Rayon Gənclər və İdman sektoru və “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsi ilə birlikdə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.6.5-ci yarımbəndinə uyğun olaraq, gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması istiqamətində maarifləndirici təbliğat işlərinin aparılması məqsədi ilə tədbir təşkil olundu

14 fevral 2024 | 14:05

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, Binəqədi Rayon Gənclər və İdman sektoru və “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşları, rayon gəncləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, təbiəti qorumaq hər birimizin borcudur. Bunun üçün hal-hazırda ölkəmizdə əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Ancaq buna baxmayaraq dövlət nəzarəti ilə yanaşı ekoloji təhsil, ekoloji sağlam mühit kimliyindən asılı olmayaraq hamımıza çox gərəkli olan bir məhfumdur. Ona görə də, istər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməliyik.
Daha sonra, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifə və öhdəliklər barədə gənclər məlumatlandırıldı. Sonda gənclər mövzü ətrafında fikirlərini bildirdilər və onları maraqlandıran suallar cavablandırıldı. Əlavə olaraq, qeyd edildi ki, “Binəqədi Gənclər Evi” tərəfindən təbiəti qorumaq üçün “Yaşıl Təbiət” adlı yeni layihəyə start verilmişdir (https://www.instagram.com/p/C14RZhoNz-6/). Bununla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “Yaşıl dünya və idman” mövzusunda ümumrespublika rəsm müsabiqəsi (https://www.instagram.com/p/C3PdwX_NzL3/) barədə məlumatlar gənclərin diqqətinə çatdırıldı.

Keçidlər