Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.

28 aprel 2022 | 18:50

28 aprel 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri – Eldar İbrahimov, Səbinə Xasayeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə, təşkilat, ictimai birliklərin rəhbərləri, din xadimləri, və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

İftar mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxundu. İnsanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı - ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən danışıldı. Ölkəmizə əmin-amanlıq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxundu.

https://qafqazinfo.az/news/detail/bineqedide-iftar-sufresi-teskil-olunub-fotolar-362076

https://www.youtube.com/watch?v=13a1VS77QCs

Keçidlər