Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi

18 mart 2025 | 11:26

17 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri–Kəmaləddin Qafarov, Azay Quliyev, Elşad Musayev, Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, ictimai birliklərin rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından fəda edən şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxundu.

Mərasimdə insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı-ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, ölkəmizdəki sabitlikdən, savab işlərdən danışıldı. İnsanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi.

Keçidlər