Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən "Rəqəmsal İcra Hakimiyyəti" portalından istifadə imkanları ilə bağlı vətəndaşlarla mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
Dövlət idarəetmə sisteminin müasirləşdirilməsi prosesi ictimaiyyətlə əlaqələrin daha açıq, şəffaf və faydalı mexanizmlər əsasında qurulmasını aktuallaşdırıb. Bu baxımdan şəhər və rayonların sosial-iqtisadi inkişafı ilə bağlı qərarların qəbul edilməsində ictimai rəyin öyrənilməsi konkret problemlərin və tələbatların, hərtərəfli düşünülmüş həll yollarının müəyyən olunmasında, potensial maneələrin və gözlənilməz mənfi nəticələrin erkən aşkarlanmasında mühüm rola malikdir. Qeyd olunan məqsədə çatmaq üçün yaradılmış "Rəqəmsal İcra Hakimiyyəti" portalına yerli icra hakimiyyətlərinin, o cümlədən, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində keçid verilmiş, müvafiq infrastruktur və imkanlar yaradılmışdır.
"Rəqəmsal İcra Hakimiyyəti" portalından istifadə vətəndaşlara icra hakimiyyətləri üzrə aşağıdakı imkanlardan yararlanma imkanı yaradır:
1. Portal vasitəsilə vaxt itkisi olmadan müraciətn etmə imkanı;
2. İH-lərinin vətəndaşlara təqdim etdikləri xidmətlərdən portal vasitəsilə yararlanma imkanı.
"Rəqəmsal İcra Hakimiyyəti" portalından istifadənin üstünlüklərlə bağlı maarifləndirmə məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşlara qəbul hissədə müvafiq izahatlar verilir və məlumatlandırma məqsədi ilə portaldan istifadəyə dair məlumatların əks olunduğu bukletlər təqdim olunur. Eyni zamanda, rayonun müxtəlif ərazilərində sakinlər arasında mütəmadi olaraq maariflədirici xarakterli təbliğat işləri aparılmaqla onlara bukletlər paylanılır.