Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı" xidməti ilə bağlı məlumatlandırma

03 oktyabr 2023 | 20:18

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:

Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.

Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.

Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100)  və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.

Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.

Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).

Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı

Xidmət üzrə tələb olunan sənədlər:

  1. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;
  2. Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;
  3. Tikinti ərazisinin baş planı bölməsi.

Ərizə nümunəsi:

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə

 

___________________________________________

(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

yaşayan ____________________________________

                         (soyadı, adı, atasının adı)

tərəfindən

tel.: __________________

 

Ə R İ Z Ə

 Yazıb Sizdən xahiş edirəm ki, __________________ ünvanında istifadəmdə (və ya mülkiyyətimdə) olan torpaq sahəsində təqdim edilən layihə əsasında ___________________________________________________________ tikintisinə məlumatlandırma icraatının tətbiq olunmasına göstəriş verəsiniz   

(bağ, fərdi yaşayış evinin)

 

İmza:

Tarix:

Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/22704

https://rih.gov.az/services

https://birpencere.arxkom.gov.az/

Keçidlər