Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi" xidməti ilə bağlı məlumatlandırma
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:
Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.
Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.
Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100) və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.
Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.
Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).
Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi:
Xidmət üzrə tələb olunan sənədlər:
1.Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti
2.Qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri
3.Qəyyumun tərcümeyi-halı
4.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi
5.Qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə)
6.Qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə)
7.Qəyyumluğa götürülən uşağın təhsil alması barədə arayış
8.Qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış
9.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. surətləri)
10.Qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə
11.10 yaşından yuxarı uşağın razılıq ərizəsi
12.Qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
13.Qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti
14.Qəyyum götürənin şəxsiyyət vəsiqəsinin surəti
Ərizə nümunəsi: Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ___________________________________________ (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan) yaşayan ____________________________________ (soyadı, adı, atasının adı) tərəfindən tel.: __________________
Ə R İ Z Ə Yazıb Sizdən xahiş edirəm ki, mənim_________________________rayon məhkəməsinin müvafiq qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan___________________________________ _________________________________________ üzərində qəyyum təyin olunmağıma dair qardaş, bacı, anam, atam, həyat yoldaşım) (soyadı, adı, atasının adı) müvafiq qərar qəbul edəsiniz.
İmza: Tarix: |