Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi" xidməti ilə bağlı məlumatlandırma

11 iyul 2023 | 19:53

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:

Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.

Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.

Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100)  və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.

Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.

Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).

Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi:

 

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

 Xidmət üzrə tələb olunan sənədlər:

Tələb olunan sənədlər:

  1. Himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
  2. Himayəçi üçün yaşayış yerindən 2 saylı forma arayış
  3. Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi
  4. Himayəyə götürülən şəxsin valideynlərinin surəti
  5. Himayəçi adından İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə
  6. Himayəçinin tərcümeyi-halı
  7. Himayəyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq ərizələri
  8. Himayəyə götürənin nikah haqqında şəhadətnaməsinin surəti
  9. Himayəyə götürülənin təhsil alması barədə arayış
  10. Himayəçi üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
  11. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
  12. Himayəyə götürülən şəxsin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamənin surəti
  13. Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
  14. Himayəyə götürülən şəxsin valideynlərinin ölüm haqqında şəhadətnamənin surəti
  15. Himayəyə götürülənin şəxsiyyət vəsiqəsinin surəti

Ərizə nümunəsi:

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə

___________________________________________

(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

yaşayan ____________________________________

                         (soyadı, adı, atasının adı)

tərəfindən

tel.: __________________

 

Ə R İ Z Ə

 

Yazıb Sizdən xahiş edirəm ki, ______________________ təvəllüdlü ______________________________________________________

(uşağın təvəllüdü)                                                                                        (uşağın soyadı, adı, atasının adı)                                   

üzərində himayəçi təyin edilməyimə dair müvafiq qərar qəbul edəsiniz.

 

İmza:

Tarix:

Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/23130

https://rih.gov.az/services

https://rih.gov.az/services/detailed/4

Keçidlər