Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlər - Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi

20 noyabr 2024 | 17:11

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:

Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.

Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.

Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100)  və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.

Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.

Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).

Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.

 

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi

 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi;

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

 

Xidmət üzrə tələb olunan sənədlər:

1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);

2. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);

3. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı;

4. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər.

 

Qeyd: RİH-in rəsmi internet səhifəsi üzərindən dövlət xidmətlərinə keçid və ərizə formaları ilə tanış olma imkanı təmin edilmişdir.

http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/24748

http://binegedi-ih.gov.az/az/muraciet-formalari.html 

Ərizə nümunəsi:

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

cənab Elxan Allahverdiyevə

______________________________ünvanda yaşayan

  (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

____________________________________tərəfindən

                          (soyadı, adı, atasının adı)

 

 

Ə R İ Z Ə

 

Yazıb Sizdən xahiş edirəm ki,  _______________________

                                               (obyektin hüquqi ünvanı)

yerləşən mənə məxsus ümumi sahəsi ____ kv.metr olan 

 mənzilimin (qeyri-yaşayış sahəsinin) _________________ 

                                                                 (keçirilmənin məqsədləri)

qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsinə dair

müvafiq qərar qəbul edəsiniz.

 

İmza:

Tarix:

Keçidlər