Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlər - Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:
Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.
Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.
Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100) və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.
Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.
Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).
Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.
Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin IV Fəsli (maddə 23-28); Müraciət edən baxılmanın nəticəsinə dair cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.
Xidmət üzrə tələb olunan sənədlər: 1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 2. Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 3. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Mənzil Məcəlləsinin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 4. Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 5. Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi. |
Ərizə nümunəsi:
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevə ______________________________ünvanda yaşayan (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)____________________________________tərəfindən (soyadı, adı, atasının adı)
Ə R İ Z Ə Sizdən xahiş edirəm ki, ______________________________ ünanda mülkiyyətimdə olan _______ saylı mənzildə təqdim edilən layihə əsasında yenidənqurma işlərinin aparılmasına icazə verəsiniz. İmza:Tarix:
Qeyd: RİH-in rəsmi internet səhifəsi üzərindən dövlət xidmətlərinə keçid və ərizə formaları ilə tanış olma imkanı təmin edilmişdir. |