Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlər - Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi

10 oktyabr 2024 | 16:08

Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi

Hüquqi əsas: "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası".

Qeyd: Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə qaydasında mübahisələndirə bilər.

 Xidmət üzrə tələb olunan sənədlər:

  1. Ərizə;
  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  3. Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
  5. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  6. Daşınmaz əmlakın icarədə olmasını təsdiq edən sənəd;
  7. Daşınmaz əmlakın istifadədə olmasını təsdiq edən sənəd;
  8. Yaşıllığın götürülməsinin əsaslandırılması.

Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/25018

http://binegedi-ih.gov.az/az/muraciet-formalari.html

Ərizə nümunəsi:

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə

______________________________________yaşayan

      (vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

 ___________________________________ tərəfindən

               (soyadı, adı, atasının adı)                                                       

 

Ə R İ Z Ə

Sizdən xahiş edirəm, mənə aid olan __________________________ ünvandakı ərazidə olan ____ ədəd ağacın (kolun) _________________________ səbəbdən götürülməsi ilə bağlı müvafiq qərar qəbul edəsiniz.

 

İmza:

Tarix:

Keçidlər