Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması" xidməti ilə bağlı məlumatlandırma

20 oktyabr 2023 | 20:44

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərlə bağlı tələb edilən sənədlər, ödənişlər, nəticəsi, müddəti, xidmət yerləri və s. barədə məlumatlandırma:

Binəqədi Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.

Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.

Xidmət yeri olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin (ünvan: Azadlıq prospekti-179) giriş hissəsində interaktiv elektron məlumatlandırma lövhəsi, hər bir xidmətlə bağlı ərizə formaları və tələb olunan sənədlərin siyahısı qeyd olunan məlumat lövhəsi yerləşdirilmiş, bundan başqa, rayon ərazisində 3 yerdə - RİH-də, Xocəsən Bələdiyyəsində (ünvan: Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100)  və “Binəqədi Gənclər Evi” Sosial-xidmət müəssisəsində (ünvan: Binəqədi rayonu 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112) yerləşdirilmiş elektron köşklər vasitəsi ilə xidmətlərlə bağlı məlumatlandırma həyata keçirilir.

Xidmətlərlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutlmayıb.

Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services) portalı və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://binegedi-ih.gov.az/az/feedback.html).

Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar yerləşdirilmiş, eyni zamnada, digər elektron informasiya sistemlərinə keçidlər göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsi ilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt “Sakinlərin Müraciət Xidməti” - 1646 xidməti vasitəsi ilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.

Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

 Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsi;

Müraciət edən verilən cavabla (qəbul edilən qərarla) razı olmadıqda müraciətini məhkəmə

qaydasında mübahisələndirə bilər.

Xidmət üzrə tələb olunan sənədlər:

  1. Forma 2;
  2. Mənzil növbəsinə dayanan və ailə tərkibində olan şəxslərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri;
  3. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə İdarəsindən 18 yaşından yuxarı olan ailə üzvlərinin adına şəxsi mülkiyyətin olub-olmaması barədə arayışlar;
  4. Rayon üzrə fəaliyyət göstərən bələdiyyədən mənzil növbəsinə dayanmaq istəyən şəxsin və ailə üzvlərinin adına torpağın ayrılıb-ayrılmaması barədə arayışlar;
  5. Pasport qeydiyyatında olduğu mənzilin sənədi;
  6. Hər hansı bir güzəşt varsa bu barədə müvafiq arayış.

Ərizə nümunəsi:

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
cənab Elxan Allahverdiyevə

___________________________________________

(vətəndaşın pasport qeydiyyatında olduğu ünvan)

yaşayan ____________________________________

                         (soyadı, adı, atasının adı)

tərəfindən

tel.: __________________

 

Ə R İ Z Ə

 

Yazıb Sizdən xahiş edirəm ki, mənim ailə tərkibi _____ nəfərlə ____________________________ yaşayış yeri üzrə ümumi (və ya güzəştli əsaslarla)

əsaslarla Rayon İcra Hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağıma dair müvafiq qərar qəbul edəsiniz.

 

İmza:

Tarix:

Ətraflı: http://binegedi-ih.gov.az/az/xidmetler.html

https://dxr.az/xidmet/24601

https://rih.gov.az/services

https://rih.gov.az/services/detailed/2

Keçidlər