Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirildi.
5 sentyabr 2022-ci il tarixində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən R. Pirnəzərov adına 299 nömrəli tam orta məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsi polis inspektoru mayor Elxan Əliyev, Biləcəri qəsəbəsi 15 saylı Şəhər Poliklinikasının rəhbəri Mürsəl Həmidov, Rayon İcra Hakimiyyəti yanında Ictimai Şuranın sədri Aslan Mehdiyev və Şura üzvləri, “LOQOS” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayeva və uzman psixoloq Mirkamil Kazımzadə, məktəb direktorları, psixoloqlar, müəllimlər və valideynlər iştirak etdilər.
T ədbiri giriş nitqi ilə açan Komissiyanın sədri Sevinc Süleymanova bildirdi ki, tədbirin keçirilməsində məqsəd narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etmək, gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaqdan ibarətdir. Sevinc Süleymanova qeyd etdi ki, eniyetmə və gəncləri narkomanlıq və digər zərərli vərdişlərdən qorumaq və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində işləri gücləndirməkdir.
Daha sonra Raqif Allahverdiyev çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə görülən tədbirlərdən, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verərək fikir və təkliflərini səsləndirdi.
Psixoloq Mirkamil Kazımzadə tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edərək, ailədaxili münasibətlərdən əziyyət çəkən, təhdid və təzyiqlərlə qarşılaşan uşaqların həssas dönəmlərdə xoşbəxtliyi kənarda axtardığını bildirdi. O, uşaqların erkən yaşlarında aldığı travmaların özünüqiymətləndirmənin aşağı olmasına, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu vurğuladı.
“LOQOS” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Rayon Polis İdarəsi polis inspektoru mayor Elxan Əliyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, R.Pirnəzərov adına 299 nömrəli tam orta məktəb-liseyin Solmaz Kazımova müzakirəyə qoşularaq öz təcrübələrini tədbir içtirakçıları ilə bölüşərək ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə çərçivəsində məktəb kollektivi ilə yanaşı idarə və təşkilatlarda müvafiq dövlət qurumları tərəfindən narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparıldığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif proflaktik tədbirlərin həyata keçirildiyini bildirdilər.
Sonda qonaqlar və təşkilatçılar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.