Binəqədi Rayon İcra Hakimiyyəti və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirildi
30 may 2025-ci il tarixində Binəqədi Rayonu İcra Hakimiyyəti və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmmədov, AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, AZLİNE Tədris Mərkəzində təhsil alan şagirdlər, rayon ərazisində yaşayan uşaqlar, valideynlər iştirak etdilər.
Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs etdilər, ölkə başçısı cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uşaqlarla bağlı bütün sosial layihələrin mərkəzində uşaqların sağlam mühitdə yaşaması prinsipinin dayandığını vurğuladılar.
Tədbir AZLİNE Tədris Mərkəzində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompozisiyalar ilə davam etdirildi.